Avropa Liqası: Mövsümün ən yaxşı futbolçusu bəlli oldu

15:27 - 20 May 2022

Avropa Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Sportal.az xəbər verir ki, bu, "Ayntraxt"ın yarımmüdafiəçisi Filip Kostiçdir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Serb futbolçu 7 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mövsümün ən yaxşı gənc oyunçusu da "Ayntraxt"dan olub. Yarımmüdafiəçi Ansqar Knauff bu mükafata layiq olub.

​İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan "Ayntraxt" - "Reyncers" finalının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan "Ayntraxt" kuboku əldə edib.

Xəbər xətti