Belarus millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

16:27 - 20 May 2022

Belarus yığmasının UEFA Millətlər Liqasında Slovakiya, Azərbaycan və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev 27 futbolçuya dəvət göndərib.

Qapıçılar: Eqor Hatkeviç ("Dinamo-Minsk"), Pavel Pavlyuçenko ("Termalika", Polşa), Maksim Plotnikov ("Şaxtyor", Soliqorsk)

Müdafiəçilər: Denis Polyakov ("Astana", Qazaxıstan), Sergey Politeviç, Qleb Şevçenko, Ruslan Hadarkeviç (hər üçü "Şaxtyor", Soliqorsk), Maksim Şvetsov, Roman Buqenov (hər ikisi "Dinamo-Minsk"), Kirill Peçenin ("Orenburq", Rusiya), Ruslan Yudenko ("Maktaaral", Qazaxıstan), Zaxar Volkov ("Ximki", Rusiya), Daniela Neçaev (BATE)

Yarımmüdafiəçilər: Vladislva Klimoviç ("Diormot", Macarıstan), Yevgeni Yablonskiy ("Aris", Kipr), Maks Ebonq ("Astana", Qazaxıstan), Artem Bıkov, Denis Qreçixo ("Dinamo-Minsk"), Dmitriy Podstrelov ("Şaxtyor", Soliqorsk), Pavel Sedko ("Torpedo", Rusiya), Aleksandr Selyava ("Rostov", Rusiya), Dmitriy Bessmertniy, Valeriy Qromko, Valeriy Boçerov, Vladislav Malkeviç (BATE)

Hücumçular: İvan Baxar ("Dinamo-Minsk"), Andrey Solovey ("Şaxtyor", Soliqorsk)

​Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

Xəbər xətti