"Bavariya" Noyerlə müqavilə imzalamayacaq?

17:47 - 20 May 2022

"Bavariya" Manuel Noyerlə müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gələ bilmir.

Sportal.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qapıçı 3 illik müqavilə imzalamaq istəyir.

Amma Münhen klubu qapıçıya 1 illik müqavilə təklif edib. Çünki rəhbərlik Noyerin qarşıdakı 4 ildə yüksək səviyyədə oynaya biləcəyinə inanmır. 

Qapıçının isə "Bavariya" ilə 2023-cü ilin yayına qədər müqaviləsi qüvvədədi.

Xəbər xətti