Yığmanın heyətində dəyişiklik

19:58 - 20 May 2022

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.

Sportal.az xəbər verir ki, “Neftçi” klubunun üzvü Elvin Vəliyev düşərgəyə qoşulub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

​U-16-nın Qəbələ toplanışı mayın 28-dək davam edəcək. Millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-16 mayın 25-də və 27-də latviyalı yaşıdları ilə qarşılaşacaq.

Xəbər xətti