Elmar Baxşıyev: "Komanda mövsümü istədiyimiz kimi tamamladı"

19:19 - 21 May 2022

"Qəbələ" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Sanah"la 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun dinamik alındı. Son oyun olsa da, komandalar meydançada yaxşı və məmzunlu oynadılar. Çoxsaylı epizodlar yaratdıq. Sonda qalib də gələ bilərdik. Düşünürəm ki, komanda verilən tapşırığı layiqli yerinə yetirə bildi. Komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha üst pillədə ola bilərdik. Amma turnirin bizim üçün necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməyindən məmmunuq. İnanıram ki, bu komandanı qoruyub-saxlaya biləcəyik. Güclənmək mütləqdi.

 

- Heyəti gücləndirəcəksiz? Qapı mövqeyi güclənəcək?

- Nicatın durumu aydın deyil. Çünki “Sabah”a məxsusdu. Onun məsələsini danışandan sonra aydınlıq gələcək, qapıçı götürək ya, yox. Atanqana bizimlə olacaq. Klub olaraq əməkdaşlıqda maraqlıyıq. Ürfan Ababsov sabah əməliyyata gedir. Onun yerini doldurmaq önəmlidi. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdı. Çempionat ərzində sırf  9 nömrəmiz yox idi. Bir oyunda Ülvi, bir oyunda Emil oynayıb. Əlbəttə ki, Konfrans Liqasında layiqli çxış üçün mövqeləri gücləndirməliyik.

 

- Bu matç avrokuboklara yollanacaq son komandanın taleyini həll etsəydi, daha fərqli oyun olacaqdı?

- Bilmək olmaz. Ümumi götürəndə bu gün hər iki komanda meydanda məzmunlu oyun oynamağa çalışdı. Futbolçular oyunu çirkinləşdirməyə meyilli deyildilər. Daha çox açıq futbol nümayiş etdirdilər. 

 

- Konfrans Liqasında əsas məqsəd nədən ibarət olacaq?

- O barədə heç düşünmürük. Öncə komandanı istirahətə buraxırıq. Komplektləşəndən sonra iddiadan danışmaq olar.

 

Mirbağırağa Cəfərli

Xəbər xətti