Tanınmış məşqçi Almaniya klubunda çalışacaq

15:08 - 24 May 2022

"Volfsburq"un yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin sükanı Niko Kovaça tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xorvat mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Kovaçın son ünvanı "Monako" olub. O, "Volfsburq"da bir müddət əvvəl müqaviləsi ləğv edilən Florian Kohfeldti əvəzləyəcək.

​"Volfsburq" Bundesliqada mövsümü 12-ci pillədə tamamlayıb.

Xəbər xətti