"Bavariya" milli üzvünü transfer etdi

18:27 - 24 May 2022

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportal az xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"la müqaviləsi başa çatan Nussayr Mazruini rənglərinə baglayıb. Azad agent statusu ilə "Bavariya"ya keçən 24 yaşlı futbolçu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.


Nuussayr Mazrui "Ayaks"ın yetirməsidir. Mərakeş millisinin üzvü cari mövsümdə Amsterdam klubunun heyətində meydana çıxdığı 34 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti