Argentinalı "İnter"lə razılaşdı

22:39 - 24 May 2022

"Yuventus"dan ayrılan Paulo Dibala karyerasını İtaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu "İnter"lə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

28 yaşlı futbolçu "neradzurra" ilə 3+1 illik müqavilə imzalayacaq. O, yeni klubunda illik 7 milyon avro qazanacaq.

2015-ci ildən "Yuventus"da çıxış edən Dibala Turin təmsilçisində 292 oyunda 115 qol, 48 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti