"Tovuz futbolun beşiyidi, möhtəşəm azarkeşlər üçün darıxmışam"

12:25 - 25 May 2022

"Turan Tovuz"la görüşlərimiz, söhbətlərimiz olub. Amma rəsmi bir şey yoxdu. Bəzi detallar var ki, yaxın günlərdə öz həllini tapmalıdı. Sevə-sevə bu komanda üçün oynayaram. Möhtəşəm azarkeşlər üçün darıxmışam".

Bu sözləri Sportal.az saytına açıqlamasında Kamal Bayramov deyib.

Son mövsümü "Şamaxı"da keçirən 36 yaşlı kiperin "Turan Tovuz"a keçəcəyi gözlənilir. O, özü üçün doğma sayılan klubun Premyer Liqaya yüksəlməsini də şərh edib: "Turan Tovuz"un elitaya yüksəlməsinə çox sevinirəm. Tovuz futbolun beşiyidi. Sadə insanlardan tutmuş hər kəs futbolu bilir. Azarkeşlər də bu neçə ildə yorulmadı, həvəsdən düşmədi. Onların dəstəyi komandanın elitaya qayıtmasında böyük rol oynadı.

“Turan Tovuz” 9 ildir ki, elitada deyil. Amma inanıram ki, Tovuz ölkə futboluna çox xeyir verəcək. Orada çox yaxşı gələcək vəd edən gənc futbolçular var. Komandanın elitada olması onlara stimul verəcək, daha da həvəsləndirəcək".

Mirbağırağa

Xəbər xətti