"Lill"dən ayrılan Burak Yılmaz Fransada qalacaq.
Sportal.az "French Football"a istinadən xəbər verir ki, türkiyəli forvard "Reyms"lə danışıq aparır.
Liqa 1 klubu onunla 2 illik müqavilə bağlamaq istəyir. Burakın özü də Fransada qalmaq niyyətindədi.
36 yaşlı hücumçu bu mövsüm "Lill"də 40 oyuna çıxıb, 7 qol vurub, 5 assist edib.