"Arsenal" futbolçusu ilə yeni müqavilə imzaladı

14:35 - 25 May 2022

"Arsenal" futbolçusu Məhəmməd Elneni ilə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, misirli yarımmüdafiəçi ilə 1+1 şərti ilə sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2016-cı ildən "Arsenal"da çıxış edən 29 yaşlı futbolçu bu komanda ilə 147 oyunda 5 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti