Olimpiya ikincisi Avropa çempionatı ilə vidalaşdı

16:41 - 25 May 2022

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni erkən dayandırıb.

Sportal.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində fransalı Alizi Agierlə üz-üzə gəlib. İlk qarşılaşmasındaca rəqibinə 1:3 hesabı ilə məğlub olan Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışla vidalaşıb.

84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı yunanıstanlı Georgios Tzanosa qalib gəlsə də, növbəti raundda Ukraynanı təmsil edən Rizvan Talıbova yenilib.

Avropa çempionatı mayın 29-da başa çatacaq.

Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. 

Xəbər xətti