10 illik "Beşiktaş" karyerasını bitirdi

20:21 - 25 May 2022

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq yaşanıb.


Sportal.az xəbər verir ki, Oğuzhan Özyakup İstanbul təmsilçisini tərk edib. 30 yaşlı yarımmüdafiəçi ayrılığı sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.


Təcrübəli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.


Oğuzhan Özyakup 2012-ci ildən "Beşiktaş"da çıxış edirdi. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 17 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti