Konfrans Liqası: "Qarabağ" bu göstəricidə 2-ci oldu

10:40 - 26 May 2022

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün statistik göstəriciləri açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" turnir ərzində topa ən çox sahib olan klubların siyahısında yer alıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 59 faizlə ikinci sırada qərarlaşıb. "Köhlən atlar" bu göstəricidə yalnız 59,9 faizə malik Niderlandın AZ (Alkmaar) komandasından geri qalır.

"Qarabağ" dəqiq ötürmələrə görə də ilk "5-liy"ə düşüb. "Atlılar" bu göstəricidə 83,9 faizlə 5-ci olub.

Pley-off mərhələsində Fransa "Marsel"inə uduzaraq mübarizəni dayandıran "Qarabağ" künc zərbələrinin sayında 3-cü sırada yer alıb. "Atlılar" 8 matçda ümumilikdə 66 dəfə kornerdən istifadə edib.

Xəbər xətti