Gəncədə futbol festivalı keçirildi

AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib.

Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.

​Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Reginal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tarix: 27 May [10:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio