"Səbail" Premyer Liqamızda oynamış legionerlə maraqlanır

14:28 - 27 May 2022

"Sabah"ın yollarını ayırdığı Spiro Periçiç yeni mövsümə də Azərbaycan Premyer Liqasında başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, xorvatiyalı müdafiəçinin xidmətində Premyer Liqamızdan maraqlı olan klublar var.

Onlardan biri də “Səbail”di. Yeni mövsümə iddialı olacağı ehtimal edilən paytaxt təmsilçisi 28 yaşlı müdafiəçini transfer siyahısına daxil edib. Amma onu konkret olaraq heyətinə qatıb-qatmayacağı dəqiq deyil. 

 

Xəbər xətti