Belarus klubu Konfrans Liqasının oyunlarını Azərbaycanda keçirə bilər

Belarusun "Qomel" klubu Konfrans Liqasının təsnifat oyunlarını Azərbaycanda keçirə bilər.

Sportal.az "Белорусского футбола" portalına istinadən xəbər verir ki, klub potensial ev meydançalarının qısa siyahısını hazırlayıb.

Gürcüstan və Ermənistanla yanaşı bu siyahıda Azərbaycanın da adı var.

Bundan əvvəl UEFA Belarus klublarına qarşı sanksiyalar tətbiq etmiş və bu ölkənin klublarının ev oyunlarını tamaşaçı olmadan neytral stadionlarda keçirməsini tələb edib.

"Qomel" Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Onların potensial rəqibləri arasında "Neftçi"nin də adı var. 

Mirbağırağa

Tarix: 27 May [15:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio