"Arsenal" ukraynalı futbolçunu istəyir

14:55 - 28 May 2022

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ukraynalı futbolçu Aleksandr Zinçenkonu komandasında görmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. İspan mütəxəssis rəhbərlikdən  müdafiədə və yarımmüdafiədə oynamağı bacaran Zinçenkonun transfer edilməsini istəyib.

"Mançester Siti"də çıxış edən 25 yaşlı futbolçunun klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. Onun "transfermarkt"da dəyəri 25 milyon avrodur. 

Xəbər xətti