PSJ "Lans"ın futbolçusunu komandaya gətirəcək

19:58 - 6 İyun 2022

PSJ "Lans"ın yarımmüdafiəçisi Seko Fofana ilə maraqlanır.

 

Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris təmsilçisi "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə aparılan danışıqlar uğursuz olacağı halda, bütün diqqətini Seko Fofananı transfer etməyə yönəldəcək. Tçuameni "Real"a keçmək istədiyinə görə, "Lans"ın futbolçusunun PSJ-yə transferi daha da aktuallaşıb. Klub 20 milyon avro qarşılığında yarımmüdafiəçini buraxmağa hazırdı.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Liqa 1-də 38 oyuna çıxan 27 yaşlı futbolçu 8 qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti