"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.
Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
saytlarin hazirlanmasi