"Qəbələ" monteneqrolu futbolçunu geri qaytaracaq?

İki ildir ki, "Qəbələ"də aparıcı oyunçulardan olmuş Stefan Vuçkeviçin komandaya qayıdıb-qayıtmayacağı hələ dəqiqləşməyib.

Belə ki, komanda toplanışa start versə də, düşərgəyə qatılmayan legionerlərdən biri də Vukçeviçdi.

Sportal.az saytına məsələ ilə bağlı qısa açıqlama verən monteneqrolu "Qəbələ"yə geri dönüb-dönməyəcəyi haqda bunu deyib:

"Hələ ki, heç nə bilmirəm. Üstəlik, bu barədə dəqiq məlumatım da yoxdu. Ona görə də, indi sizə bir söz deyə bilməyəcəm".

​Vukçeviç 2020-ci ildə Monteneqronun “Zeta” klubundan “Qəbələ”yə keçmişdi.

Tarix: 22 İyun [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio