U-19 yığmamız ilk matçına çıxır

10:22 - 4 Oktyabr 2022

Qızlardan ibarət U-19 yığma komandamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk matçına çıxacaq.

Sportal.az xəbər verir ki, millimiz Monteneqro ilə üz-üzə gələcək.

Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq qarşılaşmanın hakimlərini diqqətinizə çatdırırıq:

Baş hakim: Marika Overtoom (Niderland)
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), Ivona Peyiç (Xorvatiya)
​Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)

Xəbər xətti