"Olimpiakos" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı

11:49 - 4 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu bosniyalı İrfan Pelto idarə edəcək. Ona həmyerliləri Davor Belyo və Damir Laziç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək

Xəbər xətti