UEFA-dan azərbaycanlı hakimlərə təyinat

12:09 - 4 Oktyabr 2022

FIFA referisi Elçin Məsiyevə UEFA-dan təyinat gəlib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Elşad Abdullayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunlara təyinat alıb.

İtaliya, Yunanıstan, Finlandiya və Kosovo komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 5-dən 11-dək Kosovoda təşkil ediləcək.

Xəbər xətti