Premyer Liqa klubu ispaniyalı mütəxəssislə anlaşdı

15:19 - 4 Oktyabr 2022

"Nottingem Forest"in baş məşqçi postunda dəyişiklik olacaq.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, Stiv Kuper tutduğu vəzifədən ayrılacaq. Onu kimin əvəzləyəcəyi də artıq məlumdu.

Belə ki, klub rəhbərliyi Rafael Beniteslə anlaşıb.

"Liverpul", “Çelsi”, Nyukasl”, "Everton” klublarını çalışdırmış ispaniyalı mütəxəssis "Nottingem Forest"də işləməyə razılıq verib.

Xatırladaq ki, hazırda adıçəkilən komanda Premyer Liqada 4 xalla sonuncu pillədədi.

Xəbər xətti