"Mançester Siti" və "Real" qalib gəldi, PSJ bərabərə qaldı - YENİLƏNİB

UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tur başa çatıb. 

Sportal.az xəbər verir ki, E, F, G və H qruplarında 8 matç oynanılıb.

Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Zalsburq"un qonağı olub. Matç ev sahiblərinin qələbəsi ilə başa çatıb. Emreli bu matçda meydana çıxmayıb. Qrupunun digər matçında isə "Çelsi" "Milan"a qalib gəlib. 

G qrupunda "Mançester Siti" "Kopehangen"i darmadağın edib. "Sevilya" isə evdə "Borussiya" ilə bacarmayıb. 

Çempionlar Liqası

5 oktyabr

E qrupu

"Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:0
Qol
: Noah Okafor, 71

"Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) 3:0 
Qollar
: Fofana, 24, Aubameyanq 56, Ceyms 66


F qrupu

"Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) 3:1
Qollar: Nkunku, 27, Andre Silva, 64, 77 - Jota, 48

"Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1
Qollar: Rodriqo, 13, Vinisius, 28 - Aleksandr Zubkov, 39


G qrupu

"Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 5:0 
Qollar: Erlinq Haaland, 8, 33, Koçolava, 39 (avtoqol), Mahrez 55 (p), Alvarez 76

"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) 1:4 
Qollar: En-Nesiri 51 Rafael Qerreyro, 6, Bellingem, 41, Adeyemi, 43, Brantd 75


H qrupu

"Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) 3:1 
Qollar: Adrien Rabyo, 35, 83, Vlahoviç 50 - David 75

"Benfika" (Portuqaliya) - PSJ (Fransa) 1:1 
Qollar: Danilo Pereyra, 541 (avtoqol) - Lionel Messi, 22

Tarix: 6 Oktyabr [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2022
6  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio