İspaniya klubu azərbaycanlının transferini açıqladı - FOTO

10:38 - 5 Oktyabr 2022

İspaniyanın 5-ci liqa klubu "Moralo" Nazim Məmmədzadənin transferini rəsmi olaraq açıqlayıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi bir neçə gündür İspaniya klubunun düşərgəsindədi.

Amma o, sənəd məsələləri dünən yoluna qoya bilib. İspaniya klubu da məhz dünən sosial şəbəkə hesabında Məmmədzadənin keçidini açıqlayıb:

"Şimali Makedoniyanın “Renova” klubundan azərbaycanlı futbolçu Nazim Məmmədzadə gəlir. O, həm mərkəz müdafiəçisi, həm də mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan bilən çox güclü futbolçudu. Komandamızın bir parçası ol. Xoş gəldin, Nazim!".

Yarımmüdafiəçi əvvəllər "Neftçi-2"də, "Renova" klublarında oynayıb.


Mirbağırağa
 

Xəbər xətti