Salah: "İdeal oynamadıq, amma yaxşı mübarizə apardıq"

14:19 - 5 Oktyabr 2022

"Liverpul"un futbolçusu Mohamed Salah Çempionlar Liqasının 3-cü turunun "Reyncers"lə (2:0) oyununu şərh edib.

Sportal.az xəbər verir ki, misirli futbolçu evdə ideal oynamadıqlarını bildirib:

"Doğrudu, bu dəfə ideal oynamadıq. Amma yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratdıq və qələbəyə layiq idik. Bu mənada, oyunumuzdan və nəticədən razı olmaq mümkündü. Oyun üçün planımız işlədi və hücumda 4 oyunçu da qol vurmağa cəhd edirdi. Şadam ki, sonda qələbəni əldə edə bildik".

Xəbər xətti