"Üzərimizdə bunun da məsuliyyəti var, hər şeyin fərqindəyik"

16:15 - 5 Oktyabr 2022

"Bizim üçün hər oyun ağır alınır. Növbəti turda "Zirə" ilə qarşılaşacağq. Maksimum güclə hazırlaşırıq. Futbolda hər şey mümkündü. Biz də kollektiv olaraq əzmkar mübarizə apararaq, uğurlu nəticə qazanmaq niyyətindəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Elvin Məmmədov deyib.

Hazırda Premyer Liqanın son pilləsində məhz adıçəkilən komanda qərarlaşıb. Növbəti turda "Zirə" ilə qarşılaşacaq "Şamaxı" son matçda evdə "Sabah"a 0:1 məğlub oldu. 

Məmmədov komandasının bu görüşdə yaxşı mübarizə apardığını dilə gətirərək, mövsümün sonunda axırıncı pilləni tutmaq istəmədiklərini söyləyib:

"Sabah"a qarşı əzmkar, yaxşı mübarizə apardıq. Amma son dəqiqələrdə qol buraxmağımız yaxşı olmadı. Uşaqlar oynaya-oynaya təcrübə qazanacaqlar. Zamanla nəticə də gələcək. Sadəcə vaxt lazımdı. Bəli, anlayırıq ki, son pilləni tutan komanda Premyer Liqanı tərk edəcək. Üzərimizdə bunun da məsuliyyəti var. Hər şeyin fərqindəyik. Ümidvaram ki, işimizin öhdəsindən layiqincə gələcəyik. İşimizə davam edirik, çalışırıq ki, ən yaxşısını edək".

Mirbağırağa

Xəbər xətti