"İnter"in sabiq üzvü karyerasını başa vurdu

11:30 - 6 Oktyabr 2022

"Yuventus" və "İnter" klublarında oynamış Kvadvo Asamoa aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qanalı istədiyi təklifi almadığına görə, 33 yaşında bu qərarı verməyə məcbur olub.

2012-ci ildə “Udineze”dən “Yuventus”a keçmiş Asamoa son dəfə “Kalyari”də çıxış edib. 

O, Qana yığmasında 71 matçın iştirakçısı olub.

Xəbər xətti