"Qarabağ"ın veteran kapitanı Nazim Mehrəliyev Sportal.az saytına açıqlama verib.
Vaxtı ilə Ağdam klubunun aparıcı üzvü olmuş Mehrəliyev bu gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpikos" önünə çıxacaq doğma komandasının qələbəsinə inandığını dilə gətirib:
"Bu gün keçiriləcək matçda "Qarabağ" favoritdi. Sonuncu oyunlar da onu göstərir ki, komandamız çox güclüdü. Məncə, Bakıdakı matçda da "Qarabağ" "Olimpiakos"dan üstün olacaq. İnanıram ki, Pireydə də, Bakıda da qalib gələn tərəf "Qarabağ" olacaq. Onlar həmişəki hücum futbolu oynayıb. Qurban Qurbanovun komandası müdafiə futbolu oynamır. Yunanıstanda keçiriləcək matçda da komandamızın hücum edəcəyini gözləyirəm. Bu da "Qarabağ"a üstünlük qazandıracaq. Komandamızın qələbəsinə çox inanıram".
Ağdam klubunda məşqçi kimi də fəaliyyət göstərmiş Mehrəliyevin fikrincə "Olimpiakos"un azarkeşləri "Qarabağ" üçün problem yaratmayacaq: "Doğrudu, bilirik ki, Yunanıstanda azarkeşlər çox çılğındı. Amma "Qarabağ" illərdir ki, avrokuboklarda çıxış edir. Onlar bu cür hallarla çox rastlaşıb. Yəni onlar bu tramplini çoxdan keçib. Rəqib azarkeşlərin "Qarabağ" üçün problem yaradacağını düşünmürəm".
Mirbağırağa
saytlarin hazirlanmasi