"Sevilya" Terimi istəmədi, argentinalı ilə anlaşdı

14:12 - 6 Oktyabr 2022

Xulen Lopeteqi ilə yollarını ayıran "Sevilya" baş məşqçi axtarışlarına start verib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Əndəlusiya təmsilçisi "Marsel"in sabiq çalışdırıcısı Xorxe Sampaoli ilə danışıqlara başlayıb.

Klub onunla iki illik müqavilə imzalamaq istəyir. Baş məşqçi postuna namizədlər biri də Fatih Terimdi. 62 yaşlı mütəxəssis 2016-2017-ci illərdə "Sevilya"da işləyib.

Xəbər xətti