Stankoviç İtaliya A seriyasında çalışacaq

14:42 - 6 Oktyabr 2022

Deyan Stankoviç "Sampdoriya"da işləyəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis mövsümün sonuna qədər Genuya təmsilçisinə rəhbərlik edəcək.

Mövsüm sonunda nəticədən asılı olaraq, onun müqaviləsi bir il müddətinə artırıla bilər.

Stankoviç son olaraq "Srvena Zvezda"nı çalışdırıb.

Xəbər xətti