CAS UEFA-nın Nurlan İbrahimovla bağlı verdiyi qərarını qüvvədə saxladı

14:58 - 6 Oktyabr 2022

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın "Qarabağ"da mətbuat katibi çalışmış Nurlan İbrahimova verdiyi cəzanı qüvvədə saxlayıb.

Sportal.az xəbər verir ki, UEFA bu gün yekun qərarını verib.

Qurum İbrahimovu Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə futboldan ömürlük uzaqlaşdırıb.

Xəbər xətti