"Qarabağ" "Olimpiakos"u hər iki matçda da məğlub edəcək"

15:12 - 6 Oktyabr 2022

"Qarabağ" haqda ancaq xoş sözlər deyə bilərəm. Onlar bizim fəxrimizdi. İllərdir ki, ölkəmizi Avropada təmsil edirlər. Adımızı çox yüksəklərə qaldırıblar. Əməyi keçənlərə təşəkkür edirəm, futbolçulara, texniki heyətə, hamısına".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın keçmiş futbolçusu Rüfət Quliyev deyib.

Vaxtı ilə Ağdam klubunun bu gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpiakos"a qarşı görüşdəki şanslarını dəyərləndirib:

"Çox güman ki, "Qarabağ" qrupdan çıxacaq. Bunun üçün də "Olimpiakos"la görüşlərdən ən azından 4 xal götürmək lazımdı. Məncə, komandamız hər iki görüşdə də rəqibini məğlub edəcək. Şəxsi fikrimdir. Bu cür olmasını çox istəyirik. Yunanıstan klubu hazırda qrupda sonuncudur, xalları da yoxdu. Baş məşqçiləri yenidi. Müxtəlif səbəblərdən 14 oyunçusu iştirak etməyəcək. Digərləri də öz şanslarını gözləyir. Çox çətin oyun olacağı dəqiqdi. Amma "Qarabağ" indi elə heyətə malikdir ki, "Olimpiakos"la görüşlərdə lazım olan nəticəni qazana bilər. "Olimpiakos"la matçlarda qazanılacaq xallar, "Qarabağ"a qrupdan çıxmaq üçün yaxşı təkan verəcək. Qurban Qurbanova və komandasına uğurlar".

Mirbağırağa

 

Xəbər xətti