Xorvatiyalı futbolçu "Kəpəz"in məşqlərinə qoşuldu

17:15 - 6 Oktyabr 2022

Misli Premyer Liqasının IX turunda səfərdə "Sabah" ilə qarşılaşacaq "Kəpəz" hazırlıq prosesini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" şəhər stadionun təbii örtüklü meydançasında gündə bir dəfə məşq edirlər. Yeni transfer, xorvatiyalı qolkiper Mario Mustapiç də məşqlərdə iştirak edir.

 

Qeyd edək ki, "Sabah" - "Kəpəz" oyunu oktyabrın 9-da keçiriləcək.

Xəbər xətti