“Neftçi” Premyer Liqanın 9-cu turunda qarşılaşacağı “Turan Tovuz”la oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Qarabağ”la matçdan sonra bir günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 3-də hazırlığa başlayıb. Bu gün komandanın növbəti məşq baş tutub.
Məşqə isinmə hərəkətləri ilə başlayan komanda daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər. Hazırlıq sabah son məşqlə başa çatacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu oktyabrın 8-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi