FIFA Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelini cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb 25 yaşlı forvardın keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Məsələ ilə bağlı Polşa klubunun hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter səhifəsində paylaşım edib.
FIFA Futbol Tribunalı da Mahir Emrelinin "Legiay"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.
saytlarin hazirlanmasi