Kamerun yığmasının qapıçısından rekord

10:39 - 25 Noyabr 2022

Kamerun millisinin qolkiperi Andre Onana dünya çempionatında yeni rekorda imza atıb.

Sportal.az "Opta"ya istinadən xəbər verir ki, 26 yaşlı qapıçı bunu İsveçrə ilə görüşdə edib.

Afrikalı cərimə meydançasından kənarda 26 dəfə topa toxunuş edib ki, bu da dünya çempionatları tarixində rekord göstəricidir.

Xatırladaq ki, Onananın qapısını qoruduğu Kamerun yığması DÇ-2022-nin ilk turunda İsveçrəyə 0:1 uduzub.

Xəbər xətti