"Sabah"a verilən cərimə ləğv edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini təmin edib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin noyabrın 3-də Masazır klubuna kəsdiyi 4 min manatlıq cərimə ləğv olunub.

Xatırladaq ki, Misli Premyer Liqasının 12-ci turunda keçirilmiş "Sabah" – “Qəbələ” (2:1) matçında hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş vermişdi və klublara 4000 manat cərimə tətbiq edilmişdi.

Tarix: 25 Noyabr [12:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio