Laurentsiu Regekampf: "Komandamı dəyişməyi düşünmürəm"

20:26 - 8 Dekabr 2022

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

 

- Düşünmürəm ki, bu gün pis oynadıq. Yaratdığımız qol epizdolarını başa vurmaq alınmırdı. Rəqib demək olar ki, bütövlükdə müdafiədə oturmuşdu və bizi əks-hücumda tutmaq istəyirdi. Oyunboyu bir epizodları oldu, onu da qola çevirdilər. Onlar hücum edəndə, bunu foulla bitirmək lazım idi. Növbəti oyuna hazırlaşacağıq. Yarımfinala adlamaq istəyiriksə, iki qolla qalib gəlməliyik. Futboldur, mümkünsüz heç nə yoxdur.

 

- Hər mövqedə dəyişiklik etdiniz. Niyə istədiyinizə nail ola bilmədiniz?

- Yerli oyunçu ilə bağlı problemlərimiz var idi. Eddi İsrafilov zədələndi. Azər Salahlı da tempi eyni səviyyədə qoruyub-saxlaya bilmir. Bu da normaldı. Zədədən qayıdıb. Dəyişikliklər etdik. Düşünmürəm ki, sonradan meydana daxil olanlar pis oynadı. Döyüşdülər. Bütün oyunçuları ilə cərimə meydançasında müdafiə olunan komandaya qarşı oynamaq asan deyil. Növbəti oyun üçün çıxış yolu axtarmalıyıq. Ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq və növbəti matçda komandaya kömək edəcək.

 

- "Qarabağ"a məğlubiyyətin təsiri qalmışdı?

- Məncə, təsir etməli idi. "Qarabağ" oyunu haqda danışmalı deyilik. Bu gün fərqli turnirdi. Düşünürəm ki, komandada keyfiyyətli oyunçular var. Onlar hamısı kişidilər. Bu cür vəziyyətlərdən çıxış yolu tapmalıdılar. Futbolda belə şeylər baş verir. İnanıram və əminliklə deyə bilərəm ki, iki oyunun nəticəsində daha yaxşı olacağıq.

 

- Sizcə, Vato və Boqomolskini əsas heyətdə oynatmaq vaxtı çatmayıb?

- Bilmirəm. Məşqlərdə baxmalıyıq ki, hansı hazırdı. Hər ikisi legionerdi. Görməliyik ki, hansı gələn oyuna daha hazırlıqlı olacaq.

 

- Komandanı tərk edənlər çox olacaaq, yoxsa gələnlər?

- Gəlin, qarşıda bizi gözləyən oyunlara konsentrasiya olaq. Əlimizdəki oyunçulara inanmalıyıq. Məncə, onlar kubokda növbəti mərhələyə adlamalıdılar. Qarşıda bizi iki çempionat matçı gözləyir və onlarda da qalib gəlməliyik. Oyunlar bitdikdən sonra 100 faiz əminliklə analiz olunacaq. Bütün istəklər bir-birinə uyğun olsa, nə edə biləciyimizə baxacağıq.

 

- Son zamanlar "Neftçi"dən ayrılacağınız barədə yazılır. Adınız digər klublarla da hallanır. Bu, konsentrasiyanıza necə təsir edir? Özünüz bu barədə nə deyəcəksiz? Qalacaqsız "Neftçi"də?

- Bu haqda əvvəl də mənə sual verilib. Bütün konsentrasiyam "Neftçi"dədir. Mediaya başqa klublarla adımı hallandırmasına qadağa qoya bilmərəm. Bu, sizin hüququnuzdur, nə istəyirsiniz, yaza bilərsiniz. Mən "Neftçi"dəyəm və bütün fikrim, yalnız bu klubadır. Bilirsiz ki, təzəlikcə toplantı olub. Komandanı gücləndirmək barədə danışığımız da olub. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişməyi düşünmürəm.

 

Mirbağırağa

Xəbər xətti