Ayxan Abbasov: "Qarabağ"a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq"

16:15 - 25 Yanvar 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda doğma meydanda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsitəmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb: 

 

- Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq.

 

- Yeni transferlər komandaya uyğunlaşa bilib?

- Zədəli oyunçularımız artıq qayıdıblar. Siyanda Xulu bu gün ikinci hissədə meydana daxil oldu. Henri hələ tam formada deyil. Yeni oyunçulardan Denis Marandiçi komandaya uyğunlaşır. 90 dəqiqə mübarizə aparmağa gücü çatmır. Uzun müddət futbolsuz qalıb. Ümumən futbolçulardan razı qaldım.

 

- Müdafiənin mərkəzində boşluqlar hiss olunur. Bunun səbəbi nədir?

- Biz də bunu qeyd etdik. Qışa qədər ən yaxşı cəhətimiz standart vəziyyətlər idi. Bu gün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Daha diqqətli olmalıyıq. "Qarabağ"a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, belə risklər etməliyik.

 

- Növbəti matçda heyətdə dəyişikliklər gözlənilir?

- Bizdə rəqabət var. 4-5 gündən bir oyunlar olur. Heyətdə rotasiyalar olacaq. Unutmayaq ki, bu gün qarşımızda "Qarabağ" var idi.

 

Elçin Əlixan

Xəbər xətti