"Çelsi"nin futbolçusu "Arsenal"a doğru

13:36 - 3 Fevral 2023

"Çelsi"nin vingeri Kallum Hadson-Odoi İngiltərəyə qayıtmağa hazırlaşır.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, icarə əsasında "Bayer"də (Leverkuzen) çıxış edən 22 yaşlı müdafiəçi "Arsenal"da oynaya bilər.

"Topçular" adıçəkilən futbolçunun keçidində maraqlıdır. "Çelsi" Kalluma etimad göstərmir. Topçular isə yaranmış vəziyyətdən yararlanmaq istəyir. Bu transfer yayda baş tuta bilər.

İngiltərə millisinin üzvü 2017-ci ildən “Çelsi”də forma geyinir. O, yayda “Bayer”ə icarəyə verilib.

Xəbər xətti