Mahir Emrelinin komandası böyük məbləğdə cərimələndi

16:59 - 24 Mart 2023

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" klubu böyük məbləğdə cərimə olunub.

Sportal.az xəbər verir ki, buna səbəb Super Liqanın 26-cı turunun "Qalatasaray"la oyununda baş verən hadisələrdir. Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "ağ-yaşıllar"ı 612 min 500 TL məbləğində cərimələyib.

"Konyaspor" bu cəzaya etiraz edib. Super Liqa təmsilçisinin rəsmi saytından edilən açıqlamada bildirilib ki, qərardan Arbitraj Məhkəməsinə şikayət olunacaq.

Qeyd edək ki, "Konyaspor" "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edərək "sarı-qırmızılar"ın Super Liqada 14 oyunluq qələbə seriyasına son qoymuşdu. Mahir Emreli həmin görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Xəbər xətti