LGTB-yə dəstək vermədi, kapitanlıqdan məhrum edildi

13:33 - 29 Mart 2023

"Ekselsior" LGBT tədbirlərində iştirakdan imtina etdiyi üçün Redouan El-Yaakubi kapitan sarğısından məhrum edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rotterdam komandasının kapitanı Niderland çempionatının 26-cı turunun “Kambur”la oyunundan (4:1) öncə kollektiv foto zamanı "OneLove" bannerinin (bu kampaniya ayrı-seçkilik və irqçiliyə qarşı yönəlib) yanında durmaqdan imtina etmişdi. Bu isə rəhbərliyin ona olan münasibətini dəyişib. Futbolçu bundan əvvəl də LGTB tədbirlərində iştirak etməmişdi.

27 yaşlı futbolçu 2021-ci ildə "Telstar"dan "Ekselsior"a keçib.

Xəbər xətti