Emin Əmrullayev federasiya rəhbəri ilə görüşdü

13:51 - 29 Mart 2023

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Fransaya səfəri zamanı Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib.

Sportal.az xəbər verir ki, Parisdə keçirilən görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət baş tutub.

Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Sonda qeyd edək ki, may ayında Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.

Xəbər xətti