"Komanda yoldaşlarımın bəziləri məni eşşək adlandırır"

14:14 - 29 Mart 2023

"Çelsi"nin hücumçusu Kay Havertz heyvanlara xüsusi sevgisindən danışıb.

Sportal.az “The Guardion”a istinadən xəbər verir ki, almaniyalı forvard komanda yoldaşlarının ona hansı adla səsləndiyini də bildirib:

"Komanda yoldaşlarımın bəziləri məni eşşək adlandırır (gülür). Söhbət mənim oyunumla bağlı deyil. İlk gündən eşşəklərlə xüsusi münasibət hiss etdim. Çox sakit heyvandır: bəlkə də mən özümü onlarla təcəssüm etdirmişəm, çünki mən də sakitəm. Onlar bütün günü dincəlirlər, demək olar ki, heç nə etmirlər, sadəcə həyatlarından həzz alırlar. Mən onları həmişə sevmişəm. Uduzanda onları görməyə gedirəm. Heyvanlara baxırsan, onlarda insani bir şey görürsən. Bu, bir növ sağalma idi, özümü rahat hiss etdiyim yer idi”.
 

Xəbər xətti