Uruqvay milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Marselo Bielsa millini çalışdıracaq.
Tərəflər arasında danışıqlar son mərhələdədir.
Müqavilə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər qüvvədə olacaq.
Uruqvaylılar seçmə mərhələni uğurla keçərsə, müqavilə müddətinin uzadılması mümkündür.
67 yaşlı məşqçi “Velez Sarsfild”, “Espanyol”, Argentina, Çili, “Atletik”(Bilbao), “Marsel”, “Latsio”, “Lill”, “Lids” komandalarında işləyib.
saytlarin hazirlanmasi