"Napoli" rusiyalı üçün danışıqlara başladı

15:55 - 30 Mart 2023

“Napoli” yayda heyətinə rusiyalı futbolçu cəlb edə bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisi ÇSKA və Rusiya millisinin üzvü İqor Diveyevlə maraqlanır.

İtaliya təmsilçisi artıq 23 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

“Ufa”nın sabiq futbolçusu 2019-cu ildən formasını geyindiyi ÇSKA-nı tərk etməyə hazırdır.

Rusiyalı mərkəz müdafiəçisinin Moskva təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti