"Trabzonspor"un müdafiəçisi Viktor Huqo Braziliyaya qayıtmağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu "Bahia" ilə anlaşıb.
2020-ci ildən Trabzon təmsilçisinin formasını geyinən Huqo “Sport”, “İtuano”, “Seara”, “Palmeyras” və “Fiorentina” klublarında oynamışdı.
"Trabzonspor"un heyətində Türkiyə çempionu olmuş Huqonun yaxın vaxtlarda Braziliyaya yollanaraq "Bahia" ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Braziliya A seriyasının ilk turu aprelin 16-da keçiriləcək.
saytlarin hazirlanmasi